Rusiyada nazir vəzifədən çıxarıldıqdan bir neçə saat sonra ölü tapıldı

Rusiyada nazir vəzifədən çıxarıldıqdan bir neçə saat sonra ölü tapıldı

Sevinc Kərimova · Kriminal ·

Rusiyanın nəqliyyat naziri Roman Starovoyt prezident Vladimir Putin tərəfindən vəzifəsindən azad edildikdən bir neçə saat sonra avtomobilində ölü tapılıb.

Redaksiya xəbər verir ki, hadisə ilə bağlı rəsmi dairələr hələlik açıqlama yaymayıb.

Roman Starovoyt-un ölümü ilə bağlı istintaq başladılıb, ilkin ehtimallara görə, ölümün səbəbi şübhəli sayılır.

Hadisənin Putinin verdiyi istefa qərarından dərhal sonra baş verməsi siyasi və ictimai dairələrdə geniş müzakirələrə səbəb olub. Məsələ ilə bağlı əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Sevinc Kərimova