Rusiyada dollar qıtlığı yaranıb

Rusiyada dollar qıtlığı yaranıb

Fərid Əlizadə · Media ·

Rusiyada mübadilə məntəqələrində nağd dollar çatışmazlığı yaranıb.

Redaksiya xəbər verir ki, iqtisadçılar bunu rublun məzənnəsinin 1 dollar üçün 70 rubl səviyyəsinə düşməsindən sonra əhalinin kütləvi şəkildə valyuta almağa başlaması ilə izah edirlər.

Məlumata görə, yalnız aprel ayında rusiyalılar 108 milyard rubl dəyərində nağd xarici valyuta alıblar. Bu göstərici mart ayı ilə müqayisədə təxminən üçdəbir çoxdur.

Dollar tələbinin artmasına turizm mövsümünün başlaması da təsir edib. Yay səfərləri ərəfəsində vətəndaşlar xarici valyuta ehtiyatı toplamağa çalışırlar.

Nəticədə bəzi mübadilə məntəqələrində bir neçə min dollar almaq əvvəlki kimi asan deyil. İri məbləğdə nağd valyuta almaq üçün əvvəlcədən zəng edib mövcudluğu dəqiqləşdirmək lazım gəlir.

Ekspertlər bildirirlər ki, vəziyyət bank sistemində ümumi böhran anlamına gəlmir, lakin əhalinin rublun güclənməsindən istifadə edərək dollar ehtiyatı toplamağa çalışdığını göstərir.