Rusiya ABŞ Prezidenti Donald Trampın 9-11 may tarixlərində atəşkəs və əsir mübadiləsi təşəbbüsünə razılaşıb.
Redaksiya məlumat verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib.
Onun sözlərinə görə, təşəbbüs Vladimir Putinlə Donald Tramp arasında bu yaxınlarda baş tutan telefon danışığının davamı kimi irəli sürülüb.
Uşakov bildirib ki, təşəbbüsün müzakirəsi zamanı ABŞ tərəfi Kiyevlə də əlaqə saxlayıb.
Kreml bu təşəbbüsün faşizm üzərində Qələbənin 81-ci ildönümünə təsadüf etməsini xüsusi əhəmiyyətli məqam kimi qiymətləndirib.
Moskva atəşkəs dövründə əsir mübadiləsinin həyata keçirilməsinə də hazır olduğunu bildirib.
