Rusiya ordusu müharibə üçün xarici döyüşçülərə yönəlir

Rusiya ordusu müharibə üçün xarici döyüşçülərə yönəlir

Sona Osmanova · Hərbi ·

Rusiya Ukraynaya qarşı apardığı müharibə çərçivəsində müxtəlif ölkələrdən olan xarici vətəndaşları döyüş əməliyyatlarına cəlb edir. Bu şəxslərin bir çoxunun hərbi təcrübəsinin az olduğu, müharibəyə isə əsasən maddi səbəblərlə qoşulduğu bildirilir.

Redaksiya BBC News-a istinadla xəbər verir ki, Rusiyanın Yaxın Şərq, Afrika və Qlobal Cənub ölkələrindən təxminən iyirmi minə yaxın xarici döyüşçü topladığı ehtimal olunur. Araşdırmada bu şəxslərin əksəriyyətinin peşəkar hərbçi olmadığı vurğulanır.

BBC Eye araşdırması Yəməndən olan gənc Xəlilin taleyini izləyib. O, ailəsini maddi cəhətdən dəstəkləmək məqsədilə müharibəyə qatılıb, lakin Ukraynada əsir düşərək hərbi əsirlər üçün nəzərdə tutulmuş müəssisəyə yerləşdirilib.

Məlumata görə, Xəlil hərbi əsir mübadiləsinə daxil edilməyib və hazırda unudulmuş vəziyyətdə saxlanılır. Araşdırma xarici döyüşçülərin hüquqi statusu və müharibədə istifadə olunması ilə bağlı ciddi suallar doğurur.