Rusiya nüvə qüvvələri ilə bağlı təlimlərə başladı

Rusiya nüvə qüvvələri ilə bağlı təlimlərə başladı

Yulduz Səlimov · Media ·

Rusiya nüvə qüvvələrinin hazırlanması və istifadəsi üzrə iki günlük hərbi təlimlərə başlayıb.

Redaksiya xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər mayın 19-dan 21-dək keçiriləcək.

Təlimlərə 64 mindən çox hərbçi və təxminən 8 min hərbi texnika cəlb olunacaq.

Manevrlərdə Strateji Raket Qoşunları, Sakit okean və Şimal donanmaları iştirak edəcək.

Təlim çərçivəsində Belarusda yerləşdirilmiş nüvə silahları ilə koordinasiya məsələləri də işlənəcək.

Moskva bu addımı nüvə qüvvələrinin hazırlıq səviyyəsinin yoxlanılması kimi təqdim edir. Təlimlər Rusiya ilə NATO arasında gərginliyin artdığı dövrə təsadüf edir.