ABŞ Prezidenti Donald Trampı İranla müharibəni dayandırmağa məcbur edən qətnamə ilə bağlı qərarın qəbulu iyun ayına təxirə salınıb.
Redaksiya xəbər verir ki, buna Respublikaçılar Partiyasının Nümayəndələr Palatasındakı rəhbərliyinin məsələni səsverməyə çıxarmaqdan imtina etməsi səbəb olub.
Qətnamə Konqresin prezidentin hərbi əməliyyatlar üzərində səlahiyyətlərini məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilir.
Demokratlar və bəzi respublikaçılar hesab edirlər ki, İranla mümkün genişmiqyaslı müharibə yalnız Konqresin təsdiqi ilə aparıla bilər.
Respublikaçı rəhbərlik isə səsvermənin hazırkı geosiyasi şəraitdə yanlış siqnal verə biləcəyini düşünür.
Məsələyə iyun ayında yenidən baxılması planlaşdırılır.
