Türkiyənin tanınmış açıq su üzgüçüsü Bengisu Avcı yeni hədəfi ilə diqqət mərkəzinə düşüb. O, dünya üzrə ən prestijli üzmə marafonlarından biri sayılan “Oceans Seven” seriyasını tamamlamaq üçün son mərhələyə qədəm qoyur.
Redaksiya xəbər verir ki, Avcı indiyə qədər əldə etdiyi nəticələrlə həm Türkiyə, həm də Avropa səviyyəsində adını tarixə yazdırıb. O:
- Cəbəllütariq boğazını keçən ən sürətli türk üzgüçü,
- Molokai boğazını keçən ən sürətli avropalı qadın,
- Şimal Kanalı və La Manş boğazını keçən ən sürətli türk qadın kimi tanınır.
Hər keçidi özlüyündə bir rekord olan Avcı, indi həm Oceans Seven seriyasını tamamlayaraq dünya səviyyəsində adını möhkəmlətmək, həm də iqlim dəyişikliyinə diqqət çəkmək üçün yeni sınağa hazırlaşır.
Qeyd edək ki, "Oceans Seven" — dünyanın 7 çətin boğaz və açıq su keçidini əhatə edən, üzgüçülük sahəsində "Everest" sayılan prestijli bir marafondur. Bu seriyanı tamamlamaq çox az sayda üzgüçüyə nəsib olub.
Bengisu Avcı həm idman, həm də ətraf mühit sahəsində simvolik bir missiyanı daşıyaraq milyonlara ilham verir.
Biz də ona bu uzun yolda ən səmimi duyğularımızla uğurlar və birincilik arzu edirik!
Fərid Əlizadə
