Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Aytac Dəniz · Sosial ·

Rayonlarda pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlanıb.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib.

Bildirilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların ödənişinin bu ayın 20-dən, bütün müavinət, ünvanlı dövlət sosial yardımı və təqaüdlərin isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.