ABŞ prezidenti Donald Trampın ilk 100 gündəki siyasətlərinin qlobal bazarlarda yaratdığı təsirlər müzakirə olunur. Bu gün ABŞ və Avropada açıqlanacaq iqtisadi artım göstəriciləri də daxil olmaqla, bir sıra vacib məlumatların açıqlanması gözlənilir.
Redaksiya məlumat verir ki, dünya üzrə inflyasiya ilə mübarizə aparılır, Trampın tariflər vasitəsilə başlatdığı qlobal ticarət müharibələrinin yaratdığı qeyri-müəyyənlik iqtisadiyyatları resessiya narahatlığı ilə üz-üzə qoyur. Trampın 2 apreldə elan etdiyi gömrük tarifləri digər ölkələrin cavab tədbirləri ilə qarşılıqlı gərginliyə səbəb olub. Son həftələrdə aparılan danışıqlar bazarlarda müəyyən nikbinlik yaratsa da, tez-tez dəyişən tariflər iqtisadi fəallığın uzunmüddətli yavaşlaması ilə bağlı narahatlığı aradan qaldırmayıb.
Qlobal və regional iqtisadi toplantılarda tez-tez istifadə olunan "qeyri-müəyyənlik" mövzusu investorların qərarlarında ehtiyatlı olmağa səbəb olur. Bundan əlavə, ABŞ və Çin arasında tariflərə dair rəsmi danışıqların olmaması və ABŞ-da Prezident Trampın ABŞ Federal Ehtiyatlar Bankının (Fed) sədri Cerom Pauell haqqında açıqlamaları investorlar tərəfindən təzyiq kimi qiymətləndirilir, bu da bazarlarda gərginliyin davam etməsinə zəmin yaradır.
Bu fonunda, ABŞ və Avrozonada ilin ilk rübünə dair açıqlanacaq iqtisadi artım göstəriciləri investorların diqqət mərkəzindədir. Analitiklər, tariflərin ön plana çıxdığı ilk rübə dair açıqlanacaq artım göstəricilərinin, əlavə gömrük vergilərinin iqtisadiyyata təsirinə dair mühüm ipuçları verəcəyini bildirirlər. Bu dövrdə ABŞ iqtisadiyyatında 0,2% azalma, Avrozonada isə rüblük 0,2% artım gözlənilir.
Tramp, Çinə qarşı tətbiq etdiyi gömrük vergiləri ilə "dünya tarixindəki ən böyük iş oğurluğuna son qoyduğunu" bildirib. O, həmçinin, inflyasiyanın və istiqraz faizlərinin "elə də yaxşı işləməyən bir Fed əməkdaşına" baxmayaraq düşdüyünü qeyd edib.
ABŞ-da ticarət kəsiri rekord səviyyədədir. Makroiqtisadi göstəricilərə görə, ABŞ-da mal ticarəti kəsiri mart ayında əvvəlki aya nisbətən 9,6% artaraq 162 milyard dollara yüksəlib və bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
Avropa birjalarında Fransa istisna olmaqla, müsbət dinamika müşahidə olunub. Avrozonada və Almaniyada bu gün açıqlanacaq ilk rübün iqtisadi artım göstəriciləri gözlənilir. Asiya birjalarında isə Çində iqtisadi fəallıqla bağlı gözləniləndən aşağı makroiqtisadi göstəricilər və tarif gündəminin təsiri ilə müxtəlif tendensiyalar müşahidə olunur.
Nəticə etibarilə, qlobal iqtisadiyyatda qeyri-müəyyənliklər davam edir, investorlar iqtisadi artım göstəricil
