Qətərdən İranın hücumuna reaksiya: "Ərazi bütövlüyümüzə açıq təcavüzdür"

Qətərdən İranın hücumuna reaksiya: "Ərazi bütövlüyümüzə açıq təcavüzdür"

Sevinc Kərimova · Hərbi ·

Qətər Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qətərdə yerləşən Əl Udeyd Hərbi Hava Bazasına hücumuna münasibət bildirib.

Redaksiya xəbər verir ki, Qətər rəsmisi hücumun ölkənin suverenliyinə qarşı birbaşa pozuntu olduğunu bildirib: “Bu hücumu təəccüblü hesab edirik, çünki Qətər həmişə böhranların həlli və diplomatik vasitəçilik məsələsinə böyük önəm verib.”

Sözçü əlavə edib ki, Qətər Dövləti, İranın Əl Udeyd Hava Bazasına endirdiyi hücumu qəti şəkildə pisləyir.