Qaradağda evdən 7050 manat dəyərində qızıl oğurlayan şəxs saxlanılıb

Qaradağda evdən 7050 manat dəyərində qızıl oğurlayan şəxs saxlanılıb

Aytac Dəniz · Hadisə ·

Qaradağ rayonu ərazisində yerləşən evlərdən birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.