Bakıda avtomobil körpüdən köməkçi yola aşıb

Bakıda avtomobil körpüdən köməkçi yola aşıb

Aytac Dəniz · Hadisə ·

Avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb

Bu gün səhər saatlarında Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərindən biri körpünün üzərindən köməkçi yola aşıb.

Qəza nəticəsində Günəşli qəsəbəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis yaranmış sıxlığın aradan qaldırılması və nəqliyyatın hərəkətinin tənzimlənməsi istiqamətində zəruri tədbirlər görür.