"Qarabağ"ın rəqibi "Nyukasl" oldu

"Qarabağ"ın rəqibi "Nyukasl" oldu

Sona Osmanova · İdman ·

Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhələsi üçün nəzərdə tutulan püşk atma mərasimi keçirilib.

Redaksiya xəbər verir ki, "Qarabağ” pley-off mərhələsində “Nyukasl”la (İngiltərə) oynayacaq.

Ağdam təmsilçisi ilk matçını evdə, cavab oyununu isə səfərdə keçirəcək. Pley-off mərhələsinin görüşləri fevralın 17-18-i və 24-25-də baş tutacaq. "Qarabağ" bu raundu qazanacağı təqdirdə 1/8 finalda "Barselona" (İspaniya) və ya "Çelsi"yə (İngiltərə) rəqib olacaq.