"Qarabağ" pley-off mərhələsindədir!

"Qarabağ" pley-off mərhələsindədir!

Sona Osmanova · İdman ·

Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb.

Redaksiya xəbər verir ki, Qurban Qurbanovun komandası bu mərhələdəki rəqibini yanvarın 30-da tanıyacaq.

Qeyd edək ki, Ağdam təmsilçisinin potensial rəqibləri məlumdur. “Qarabağ” pley-off-da ya "PSJ", ya da “Nyukasl”la qarşılaşa bilər.

Rəqiblər 30 yanvar saat 15:00-da ÇL-in pley-off mərhələsinin püşk atmasında bilinəcək.