UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ” səfərdə “Benfika” üzərində 3:2 hesablı qələbə qazanıb.
Redaksiya xəbər verir ki, UEFA-nın rəsmi hesabında bu nəticə ilə bağlı xüsusi paylaşım edilib. Qələbədən sonra turnir cədvəlində “Qarabağ” 3-cü pillədə qərarlaşıb.
Hazırda qrupda “Union St. Gilloise” liderdir, ikinci yerdə isə London “Arsenal”ı mövqelənib.
