Rusiya Prezidenti Vladimir Putinin Ukrayna müharibəsini bu il Moskvanın xeyrinə yekunlaşdırmaq istədiyi bildirilir.
Redaksiya istinadla xəbər verir ki, Kreml mümkün razılaşmanın Rusiyanın əsas tələblərini əks etdirməsini istəyir.
Məlumata görə, Moskvanın şərtləri arasında Donbas üzərində Rusiyanın nəzarətinin qəbul edilməsi də var.
Rusiya tərəfi bu tələbi müharibənin əsas siyasi nəticələrindən biri kimi təqdim edir. Kiyev isə Ukrayna ərazilərinin işğalının tanınmasını qəbuledilməz sayır.
Bloomberg yazır ki, Moskva hərbi və diplomatik təzyiqi artıraraq danışıqlarda daha əlverişli mövqe qazanmağa çalışır.
Məsələ ABŞ, Avropa və Ukrayna arasında mümkün sülh formatı ilə bağlı müzakirələrin intensivləşdiyi dövrə təsadüf edir.
