Rusiya Prezidenti Vladimir Putin ABŞ-dakı son siyasi proseslərə münasibət bildirib. O, Donald Trampın hakimiyyətə gəlməsini Moskva–Vaşinqton münasibətlərində yeni bir mərhələnin başlanğıcı kimi qiymətləndirib.
Redaksiya xəbər verir ki, Putin çıxışında “ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsi ilə tunelin sonunda nəhayət işıq göründü” deyib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində artıq ilk addımlar atılıb.
Rusiya lideri vurğulayıb ki, qarşılıqlı hörmət və bərabərhüquqlu dialoq prinsiplərinə əsaslanan əməkdaşlıq həm regional, həm də qlobal sabitlik üçün vacibdir. Putin əlavə edib ki, Moskva bundan sonra da Vaşinqtonla əlaqələrin bərpasına yönəlmiş praktiki addımlar atmağa hazırdır.
Siyasi müşahidəçilərin fikrincə, Putinin açıqlamaları iki ölkə arasında gərgin münasibətlərin yumşaldılması istiqamətində mühüm siqnal hesab olunur.
Sevinc Kərimova
