Rusiya Prezidenti Vladimir Putin ənənəvi dəyərlərə sadiqliyinə görə təzyiqlə üzləşən şəxslərə və ailələrə dəstək göstəriləcəyini bildirib.
Redaksiya xəbər verir ki, Putin Rusiyanın bu cür insanlara açıq olduğunu vurğulayıb.
“Ənənəvi dəyərlərə sadiq olduqları üçün təzyiqlə üzləşən hər kəsə Rusiyada dəstək göstəriləcək”, — deyə Rusiya lideri bildirib.
Putin qeyd edib ki, Moskva Rusiyaya köçmək, burada işləmək və uşaqlarını burada böyütmək istəyən ailələrin yanında olacaq.
Onun sözlərinə görə, Rusiya ənənəvi ailə modelini, milli-mədəni kimliyi və mənəvi dəyərləri qorumağı dövlət siyasətinin mühüm istiqamətlərindən biri sayır.
Açıqlama Rusiyanın özünü Qərbdəki liberal sosial trendlərə alternativ “ənənəvi dəyərlər mərkəzi” kimi təqdim etdiyi dövrə təsadüf edir.
