Rusiya prezidenti Vladimir Putin beynəlxalq vəziyyətə və İranla münasibətlərə dair bir sıra mühüm açıqlamalarla çıxış edib. O bildirib ki, Rusiya ilə İran arasında demək olar hər gün əlaqə saxlanılır və iki ölkə birgə şəkildə ortaq təhdidlərə qarşı mübarizə aparır.
Redaksiya xəbər verir ki, Putin təhlükəsizlik məsələsinə toxunaraq bildirib: “Bir ölkənin təhlükəsizliyi, digər bir ölkənin təhlükəsizliyi bahasına təmin edilə bilməz.” O, İsrailə münasibətdə də diqqətçəkən açıqlama verərək deyib ki, “İsrail bu gün demək olar ki, rusdilli bir ölkəyə çevrilib. Orada çox sayda keçmiş Sovet vətəndaşı yaşayır və Moskva bunu nəzərə alır.”
Putin eyni zamanda Ukrayna ilə bağlı sərt mövqeyini bir daha təkrarlayıb: “Ruslar və ukraynalılar bir millətdir və bu mənada Ukraynanın tamamı bizə məxsusdur.”
Rusiya lideri, həmçinin Rusiya haqqında “etibarsız müttəfiq” fikrini yayanları “provokator” adlandıraraq, bu cür iddiaların təhlükəli və məqsədli olduğunu vurğulayıb.
Sevinc Kərimova
