Rusiya Prezidenti Vladimir Putin SSRİ-nin dağılmasından sonra Moskvanın Qərb dünyasına inteqrasiya ilə bağlı gözləntilərindən danışıb.
Redaksiya xəbər verir ki, Putin həmin dövrdə Rusiyanın “sivil Qərb dünyasına” sürətlə qoşulacağını düşündüyünü bildirib.
Onun sözlərinə görə, zaman keçdikcə bu gözləntilər dəyişib.
“SSRİ dağılandan sonra düşünürdük ki, tezliklə sivil Qərb dünyasına qoşulacağıq. Amma bu gün orada sivilizasiya yox, yalnız çöküş görürük”, — deyə Putin bildirib.
Rusiya liderinin açıqlaması Moskvanın Qərblə münasibətlərinin kəskin şəkildə pisləşdiyi, Ukrayna müharibəsi və sanksiyalar fonunda qarşıdurmanın dərinləşdiyi dövrə təsadüf edir.
Putin son illərdə çıxışlarında Qərbi mənəvi, siyasi və iqtisadi böhran içində olmaqda ittiham edir və Rusiyanı alternativ sivilizasiya modeli kimi təqdim etməyə çalışır.
