Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin dəvəti ilə Pekinə səfər edib.
Redaksiya xəbər verir ki, səfər Rusiya və Çin arasında “Mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyi fonunda baş tutur.
Görüşün gündəliyində ikitərəfli münasibətlər, strateji tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq məsələlər üzrə koordinasiya dayanır.
Tərəflərin yüksək səviyyəli birgə bəyanat imzalaması, həmçinin hökumətlərarası sazişlər paketini qəbul etməsi gözlənilir.
Putin və Si Cinpin səfər çərçivəsində Rusiya-Çin Təhsil İllərinin açılış mərasimində də iştirak edəcəklər.
Səfər Moskva və Pekinin Qərblə gərginlik fonunda siyasi, iqtisadi və diplomatik əməkdaşlığı daha da gücləndirdiyi dövrə təsadüf edir.
