Rusiya Prezidenti Vladimir Putin Pekində 26 il əvvəl görüşdüyü çinli Penq Pay ilə yenidən bir araya gəlib.
Redaksiya xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər görüş zamanı emosional anların yaşandığını göstərib.
Məlumata görə, Putin Penq Pay ilə ilk dəfə 1990-cı illərin sonunda görüşmüşdü. Həmin vaxt Penq Payın 10 yaşı olub və Putin onunla görüş zamanı alnından öpmüşdü.
İllər sonra baş tutan yeni görüş Çin və Rusiya mediasında simvolik və nostalji hadisə kimi təqdim olunub.
Putinin Pekin səfəri çərçivəsində Rusiya və Çin arasında strateji tərəfdaşlıq, enerji və beynəlxalq münasibətlər üzrə danışıqlar davam edir.
