PSJ-nin qələbəsindən sonra Parisdə iğtişaşlar başlayıb - VİDEO

PSJ-nin qələbəsindən sonra Parisdə iğtişaşlar başlayıb - VİDEO

Fərid Əlizadə · Media ·

PSJ-nin Çempionlar Liqasında qələbəsindən sonra gecə saatlarından etibarən Parisdə keçirilən bayram tədbirləri nəzarətdən çıxıb.

Redaksiya xəbər verir ki, azarkeşlərin küçələrə axışmasından sonra şəhərin bir sıra bölgələrində qarşıdurmalar və yanğınlar baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobillərin və müxtəlif obyektlərin yandırıldığı, küçələrdə tüstü və xaosun yarandığı görünür.

Bəzi ərazilərdə polis azarkeşləri dağıtmaq üçün müdaxilə edib.

Hadisələr nəticəsində Paris küçələri faktiki olaraq döyüş meydanına çevrilib.

Hələlik xəsarət alanlar və saxlanılanlarla bağlı yekun rəsmi məlumat açıqlanmayıb.

Qələbə sevinci şəhərdə genişmiqyaslı təhlükəsizlik əməliyyatına çevrilib.