Polşa ilə bağlı Aİ-dən sərt açıqlama: hava məkanı məsələsi

Polşa ilə bağlı Aİ-dən sərt açıqlama: hava məkanı məsələsi

Sevinc Kərimova · Siyasət ·

Polşanın hava məkanının Rusiya tərəfindən pozulması regionda gərginliyi daha da artırıb. Hadisə Avropa İttifaqında ciddi narahatlıq yaradıb.

Redaksiya xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bu insidenti şərh edərək bildirib: “Polşa hava məkanının Rusiya tərəfindən pozulması təsadüfi deyil. Bütün göstəricilər bu addımın qəsdən atıldığını göstərir. Avropa İttifaqı Polşa ilə tam həmrəydir”.

Kallas əlavə edib ki, Moskva müharibəni bitirmək niyyətində deyil, əksinə, onu daha da genişləndirir. Onun sözlərinə görə, Avropa dövlətləri bu vəziyyətə qarşı birgə mövqe ortaya qoymalıdır.