Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir"

Pərviz Şahbazov: "Azərbaycan enerji ixracında tərəfdaşlıqlarını genişləndirir"

Aytac Dəniz · İqtisadiyyat ·

Azərbaycan təbii qazın beynəlxalq bazarlara etibarlı çatdırılmasını və ixrac marşrutlarının şaxələndirilməsini enerji təhlükəsizliyinə töhfəsinin əsas istiqamətləri kimi qiymətləndirir.

Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.

O, Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammitində təbii qazın qlobal enerji təhlükəsizliyində artan rolunu, etibarlı təchizatın, uzunmüddətli investisiyaların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycanın 16 ölkəyə qaz tədarük etdiyini, ixrac marşrutlarının şaxələndirilməsi və etibarlı tərəfdaşlıqların inkişafı ilə enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edib.