ABŞ Müdafiə Nazirliyi UFO və UAP kimi tanınan naməlum hava hadisələri ilə bağlı yeni sənədlərin yayımlanmasına başlayıb.
Redaksiya məlumat verir ki, prosesə Ağ Ev, NASA, FBI, Energetika Nazirliyi və ABŞ kəşfiyyat qurumları da cəlb olunub.
Pentaqon bildirib ki, sənədlərin açıqlanmasında məqsəd ictimaiyyətə mövcud məlumatlarla tanış olmaq və nəticəni özünün qiymətləndirmək imkanı verməkdir.
ABŞ Müdafiə Nazirliyi son illərdə UFO və UAP materiallarının məxfilikdən çıxarılması istiqamətində iş aparır.
Bununla belə, Pentaqonun 2024-cü il hesabatında yadplanetli texnologiyası və ya planetdənkənar həyatla bağlı təsdiqlənmiş sübut tapılmadığı qeyd olunub.
