ABŞ Müdafiə Nazirliyi ölkənin sərhəd təhlükəsizliyi ilə bağlı açıqlama yayıb.
Redaksiya xəbər verir ki, açıqlamada belə deyilir:
“Onilliklər boyu ordumuz başqa ölkələrin sərhədlərini qorudu, amma öz sərhədlərimiz açıq qaldı. Artıq belə olmayacaq! Prezident Donald Tramp vəzifəyə başladığı andan etibarən cənub sərhədində milli fövqəladə vəziyyət elan etdi və Müdafiə Nazirliyi dərhal hərəkətə keçdi.”
Bu bəyanat Vaşinqtonun Meksika ilə sərhəddə sərt təhlükəsizlik tədbirlərinə keçdiyini göstərir.
Sevinc Kərimova
