Yerevanda keçirilən ictimai rəy sorğusuna əsasən, əgər gələn bazar günü parlament seçkiləri baş tutsaydı, Baş Nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim Vətəndaş Müqaviləsi partiyası ən yüksək səs payını alacaqdı. Bu sorğu Beynəlxalq Respublika İnstitutu (IRI) tərəfindən Ermənistanda aparılıb.
Redaksiya məlumat verir ki, sorğunun nəticələrinə görə, siyasi partiyalar və bloklar arasında dəstək aşağıdakı kimidir: Vətəndaş Müqaviləsi partiyası 29% dəstək alıb. "Ermənistan" bloku 10% dəstək alıb. "Şərəf" bloku 6% dəstək qazanıb. Digər partiyalar və bloklar isə ümumilikdə 10% dəstək əldə edib. 37% respondent isə heç bir partiyaya dəstək vermədiyini bildirib.
Sorğuda respondentlərdən son altı ay ərzində hökumətin ən böyük nailiyyəti hesab etdikləri məsələni müəyyənləşdirmələri də xahiş olunub. Respondentlərin 17%-i təhlükəsizliyin və sülhün təmin edilməsini hökumətin ən əhəmiyyətli nailiyyəti kimi qeyd edib. 10% respondent digər nailiyyətlərdən bəhs edib, 32% isə son altı ayda hökumətin heç bir nailiyyətinin olmadığını bildirib. Digər 17% isə cavab verməkdə çətinlik çəkdiklərini qeyd edib. Sorğu açıq tipli cavab formatından istifadə edib, iştirakçılara iki cavada qədər fikir bildirməyə imkan verib və nəticələr verilən ümumi cavabların sayını əks etdirir.
