Ermənistan Baş naziri Nikol Paşinyan çərşənbə axşamı Təhlükəsizlik Şurasının iclasına sədrlik edib. Bu barədə "Report" agentliyi "Armenpress"ə istinadla məlumat yayıb.
Redaksiya məlumat verir ki, Təhlükəsizlik Şurasının üzvləri ilə yanaşı, iclasda Prezident Vaqam Xaçaturyan, Parlament Sədr Alen Simonyan və digər yüksək vəzifəli şəxslər də iştirak ediblər.
Baş nazirin mətbuat xidmətindən verilən açıqlamada qeyd olunub ki, iclas zamanı regiondakı vəziyyət və davam edən hadisələr müzakirə olunub. Bu, mart ayında Təhlükəsizlik Şurasının beşinci iclası olub.
