Paşinyan Ermənistanın “sülh qovşağı” ilə zənginləşəcəyini dedi

Paşinyan Ermənistanın “sülh qovşağı” ilə zənginləşəcəyini dedi

Nizami Salmanov · Media ·

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin yaxın illərdə ciddi şəkildə zənginləşə biləcəyini bildirib.

Redaksiya xəbər verir ki, Paşinyan Ermənistanın “sülh qovşağı”na çevrildiyini və bu modelin ölkəyə böyük iqtisadi imkanlar açacağını deyib.

Onun sözlərinə görə, Rusiya ilə münasibətlərin pisləşməsi fonunda xammal və enerji qiymətlərinin artması İrəvan üçün qorxulu ssenari deyil.

Paşinyan bildirib ki, Ermənistanın tranzit, logistika və regional əməkdaşlıqdan əldə edəcəyi gəlirlər o qədər arta bilər ki, yüksək qiymətlər artıq ciddi problem kimi görünməyəcək.

Baş nazirin “sülh qovşağı” konsepsiyası Ermənistanı regionda nəqliyyat, ticarət və enerji marşrutlarının kəsişdiyi platformaya çevirməyi nəzərdə tutur.

Bu açıqlama Ermənistanın Rusiya ilə ənənəvi iqtisadi və təhlükəsizlik asılılığını azaltmağa, eyni zamanda Azərbaycan və Türkiyə ilə mümkün kommunikasiya xətlərindən faydalanmağa çalışdığı dövrə təsadüf edir.