Paşinyan: 8 ildir mafiyaya qarşı mübarizə aparırıq

Paşinyan: 8 ildir mafiyaya qarşı mübarizə aparırıq

Nizami Salmanov · Media ·

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə illərlə formalaşmış mafiya sisteminə qarşı mübarizənin davam etdiyini bildirib.

Redaksiya məlumat verir ki, Paşinyan Ermənistan hakimiyyətinin 8 ildir mafiyaya qarşı mübarizə apardığını deyib.

Onun sözlərinə görə, qarşıdakı seçkilər ölkədə kök salmış mafiya sisteminin tam aradan qaldırılması üçün yekun mərhələ olacaq.

Paşinyan bildirib ki, hökumətin məqsədi dövlət institutlarını qanunsuz təsir mexanizmlərindən təmizləmək və siyasi sistemi daha şəffaf hala gətirməkdir.

Açıqlama Ermənistanda daxili siyasi mübarizənin və seçki prosesinə hazırlığın gücləndiyi bir vaxtda səsləndirilib.