Paramount və Warner Bros. Skydance adı altında birləşir

Paramount və Warner Bros. Skydance adı altında birləşir

Fərid Əlizadə · Media ·

Paramount Skydance və Warner Bros. Discovery-nin birləşməsi nəticəsində yeni media nəhənginin Skydance adlandırılacağı açıqlanıb. Bununla belə, Paramount və Warner Bros. adları ayrıca studiya brendləri kimi qorunacaq. Bu barədə şirkət rəhbərliyi məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, birləşmiş şirkət kino, televiziya, striminq və digər əyləncə bizneslərini vahid korporativ struktur altında idarə edəcək. Paramount, Warner Bros., HBO, HBO Max, CBS, CNN və Paramount+ kimi böyük media aktivləri eyni şirkətin nəzarətində cəmləşəcək.

Yeni korporasiyanın kitabxanasına "Harri Potter", DC kainatındakı "Betmen" və "Supermen", "Üzüklərin hökmdarı", "Mad Max", "Matrisa", "Dune", "Dostlar", "Varislər", "Sopranos", "Taxt-tac oyunları", "Əsl detektiv" və "Böyük partlayış nəzəriyyəsi" kimi dünyaca məşhur layihələr daxildir.

Birləşmə təxminən 110 milyard dollarlıq sövdələşmə çərçivəsində həyata keçirilir. Şirkət rəhbərliyi daha böyük istehsal imkanları yaratmağı, kino və serial buraxılışlarının sayını artırmağı, striminq biznesini genişləndirməyi və texnologiyaya daha çox sərmayə yatırmağı planlaşdırır.

Skydance rəhbərliyi Paramount və Warner Bros. studiyalarının tarixi kimliyinin qorunacağını, onların ayrıca yaradıcı brendlər kimi fəaliyyətini davam etdirəcəyini bildirib. Birləşmənin tamamlanmasının 6 oktyabrda baş tutması planlaşdırılır.