Pakistanın müdafiə naziri Xacə Asif İsrailə dair sərt bəyanatla çıxış edib. Nazir özünün "X" sosial media hesabında qeyd edib ki, İsrail bəşəriyyət üçün şərr və lənətdir; İslamabadda sülh danışıqları aparılarkən Livanda soyqırım törədilir.
Redaksiya xəbər verir ki, Xacə Asif İsrailin əvvəlcə Qəzza zolağında, sonra İranda, hazırda isə Livanda günahsız mülki şəxsləri qətlə yetirdiyini və qan axıdılmasının davam etdiyini vurğulayıb. O, bu vəziyyətin beynəlxalq hüquqa zidd olduğunu bildirib.
Nazir əlavə edib ki, ümid edir və dua edir ki, Avropa yəhudilərindən qurtulmaq məqsədilə Fələstin torpağında bu xərçəngə bənzər dövləti quran insanlar cəhənnəmdə yansınlar. Bu ifadələr beynəlxalq arenada geniş rezonans doğurmuşdur.
