OpenAI şirkətinin maliyyə proqnozları yaxın illərdə ciddi zərərləri nəzərdə tutur və bu itkilərin miqyası əvvəlki dövrlərlə müqayisədə xeyli artacaq. Şirkətin strategiyası süni intellekt sahəsində sürətli genişlənmə və infrastrukturun böyüdülməsi üzərində qurulub.
Redaksiya The Information-a istinadla xəbər verir ki, OpenAI 2026-cı ildə 14 milyard dollar zərər gözləyir ki, bu da 2025-ci illə müqayisədə 3 dəfə çoxdur. 2023–2028-ci illər üzrə yığılan ümumi zərərin 44 milyard dollara çatacağı proqnozlaşdırılır. Bununla yanaşı, 2029-cu ildə şirkətin 14 milyard dollar mənfəət əldə edəcəyi və gəlirinin 100 milyard dollara yüksələcəyi gözlənilir.
Məlumatda bildirilir ki, investorlar bu qədər böyük zərərlərə baxmayaraq təşviş keçirmir. Bunun əsas səbəbi süni intellekt şirkətləri ətrafında yaranmış yüksək gözləntilər və bazardakı fəallıqdır. Hazırda çoxsaylı oyunçular məlumat mərkəzlərinin inşası və onların süni intellekt akseleratorları ilə təchiz olunması hesabına əhəmiyyətli gəlir əldə edir.
Mənbənin vurğuladığına görə, məhz bu “süni intellekt bumu” OpenAI kimi şirkətlərin uzunmüddətli perspektivdə gəlirliliyə çıxacağına dair inamı gücləndirir və qısamüddətli maliyyə itkilərini investorlar üçün ikinci plana keçirir.
