OpenAI baş direktoru Sam Altman təşkilatın gəlir məqsədli kommersiya şirkətinə çevrilməsi planından rəsmi olaraq imtina etdiklərini açıqlayıb. Altman bu qərarı şirkətin dəyərlərinə və süni intellektin təhlükəsiz və hamı üçün faydalı şəkildə inkişaf etdirilməsi prinsipinə uyğun addım kimi izah edib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, Altman bildirib ki, gəlir yönümlü modellər bəzən uzunmüddətli etik və sosial məqsədlərlə ziddiyyət təşkil edə bilər. “Biz süni intellektin gələcəyi ilə bağlı məsuliyyət daşıyırıq və buna görə də ilk növbədə ictimai maraqlara xidmət etməliyik,” – deyə baş direktor vurğulayıb.
OpenAI daha əvvəl "capped-profit" modeli ilə fəaliyyət göstərirdi – yəni investorlar məhdud gəlir əldə edə bilərdi. Lakin yeni qərarla bu istiqamətdə kommersiyalaşma planlarının tamamilə dayandırıldığı və təşkilatın qeyri-kommersiya prinsiplərinə sadiq qalacağı təsdiqlənib.
Şirkətin bu qərarı texnoloji və etik dairələrdə ciddi rezonans doğurub və süni intellekt sahəsində kommersiya təzyiqlərinə qarşı alternativ yanaşma nümunəsi kimi qiymətləndirilir.
Fərid Əlizadə
