OpenAI əməkdaşlarına rekord səhm ödənişləri texnologiya sektorunda diqqət çəkdi

OpenAI əməkdaşlarına rekord səhm ödənişləri texnologiya sektorunda diqqət çəkdi

Səidə Əsədli · Texnologiya ·

Wall Street Journal nəşrinin məlumatına görə, OpenAI şirkəti ilin sonunda hər bir əməkdaşına orta hesabla 1,5 milyon dollar dəyərində səhm təqdim edib və bu göstərici iri texnologiya şirkətləri arasında mütləq rekord kimi qiymətləndirilib.

Redaksiya mənbəyə istinadən xəbər verir ki, sözügedən ödənişlər təxminən 4 min OpenAI əməkdaşını əhatə edib və ümumi məbləğ əvvəlki illərlə müqayisədə kəskin artım göstərib.

Nəşrin yazdığına görə, bu rəqəm Google şirkətinin 2004-cü ildə IPO-dan əvvəl əməkdaşlarına etdiyi ödənişlərdən yeddi dəfədən çox yüksəkdir və texnologiya sektorunda nadir hal hesab olunur.

Wall Street Journal bildirir ki, rekord səviyyədə artım süni intellekt sahəsində kadrlar uğrunda sərt rəqabətlə bağlıdır və aparıcı laboratoriyalar məhdud sayda yüksək ixtisaslı mütəxəssisləri cəlb etmək üçün ciddi maliyyə təşviqlərinə əl atırlar.