Ondan çox ölkə ABŞ-dan Rusiya neftinin icazəsini uzadılmasını istədi

Ondan çox ölkə ABŞ-dan Rusiya neftinin icazəsini uzadılmasını istədi

Fərid Əlizadə · Media ·

On ölkədən çox dövlət Birləşmiş Ştatlardan Rusiya nefti almaq üçün verilmiş müvəqqəti icazənin müddətinin uzadılmasını xahiş edib. Bu tələb beynəlxalq enerji bazarlarında yaranmış vəziyyətlə əlaqədar olaraq irəli sürülüb.

Redaksiya xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent Senatda verdiyi açıqlamada bildirib. Nazir qeyd edib ki, bu müraciətlər qlobal iqtisadiyyatın sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Bessentin sözlərinə görə, tələblər keçən həftə Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının iclasları zamanı müxtəlif ölkələrin maliyyə nazirlərindən gəlib. Bu müraciətlər Rusiya neftinə tətbiq edilən sanksiyaların bəzi ölkələr üçün yaratdığı çətinlikləri əks etdirir.