Nyu-York məktəbi dərslərdə humanoid robotdan istifadə etməyə hazırlaşır

Nyu-York məktəbi dərslərdə humanoid robotdan istifadə etməyə hazırlaşır

Aytac Dəniz · Media ·

ABŞ-nin Nyu-York ştatında yerləşən Salamanca Liseyi sinif otaqlarında humanoid robotdan istifadə etməyə hazırlaşır.

Redaksiya xəbər verir ki, “Sally” adlı robotun qiyməti 57 min dollar təşkil edir.

Məlumata görə, robot Sİ, kodlaşdırma və robototexnika dərslərində tədris prosesinə cəlb olunacaq.

“Sally”nin müəllimləri tam əvəz edib-etməyəcəyi, yoxsa onlara yardımçı vasitə kimi istifadə olunacağı barədə əlavə məlumat verilməyib.