ABŞ mətbuatının yaydığı məlumata görə, İrana qarşı son hücumlar nəticəsində nüvə obyektləri ciddi zərər görüb.
Redaksiya xəbər verir ki, New York Times nəşrinin yaydığı məlumata əsasən, İranın Fordo, Natanz və digər nüvə obyektlərinə endirilən zərbələr nəticəsində uranın zənginləşdirilməsi prosesi dayanıb, lakin uran ehtiyatlarının tam aqibəti hələ də məlum deyil.
Amerikanın kəşfiyyat mənbələri bildirib ki, zənginləşdirilmiş uranın nə qədərinin salamat qaldığı barədə dəqiq məlumat yoxdur.
New York Times yazır ki, Fordo nüvə obyektində yerləşən sentrifuqlar tamamilə sıradan çıxarılıb və İran hazırda 90 faiz saflıqda uran istehsal edə bilmir.
Bununla belə, nəşr xəbərdarlıq edir ki, sağ qalan iranlı alimlər qısa müddət ərzində — aylarla — ilkin və sadə quruluşda nüvə silahı hazırlaya bilərlər.
Ekspertlər qeyd edir ki, bölgədəki gərginlik və İranın nüvə proqramının tamamilə sıradan çıxarılıb-çıxarılmadığı barədə qeyri-müəyyənlik hələ də davam edir.
Sevinc Kərimova
