Norveçin əks-kəşfiyyat xidmətinin rəhbəri bu ilin əvvəlində Bremanger bölgəsində yerləşən bəndə edilmiş kiberhücumun arxasında Rusiya hakerlərinin dayandığını açıqlayıb. Bu, Oslonun ilk dəfə rəsmi şəkildə hücumu qonşu ölkəyə aid etməsi kimi qiymətləndirilir.
Redaksiya xəbər verir ki, aprelin 7-də baş verən hücum zamanı hakerlər bəndin idarəetməsini qısa müddətlik ələ keçirərək sutkanın dörd saatı ərzində saniyədə 500 litr su buraxıblar. Hadisə aşkarlanaraq qarşısı alınıb və nəticədə xəsarət alan olmayıb.
Norveç rəsmiləri bu cür kiberhücumların ölkənin infrastruktur təhlükəsizliyi üçün ciddi risklər yaratdığını bildiriblər. Oslonun bu məsələni beynəlxalq tərəfdaşlarla müzakirə edəcəyi və gələcəkdə oxşar hücumların qarşısını almaq üçün tədbirlərin gücləndiriləcəyi vurğulanıb.
Sevinc Kərimova
