Türkiyənin yerli və milli sosial media təşəbbüsü olan NEXT Teknofest Sosyal loqosunu yeniləyib və rəqəmsal kimliyində mühüm dəyişikliyə imza atıb.
Redaksiya xəbər verir ki, tətbiq qısa müddət ərzində Türkiyədə sosial şəbəkə kateqoriyasında ən çox yüklənənlər arasında ön sıralara yüksəlib. NEXT istifadəçi sayındakı sürətli artım və təqdim etdiyi çoxşaxəli imkanlarla diqqət çəkir. Platformada xəbər, texnologiya, gündəlik həyat və aktual mövzulara dair məzmunlar, həmçinin mətn, şəkil, video və sorğu kimi formatlarda paylaşımlar mümkündür.
NEXT-ə olan marağın artması ilə yanaşı, istifadəçi təcrübəsini daha da artırmaq məqsədilə yeni logo ictimaiyyətlə paylaşılıb. Yenilənmiş vizual kimlik, tətbiqin müasir və dinamik yanaşmasını əks etdirir.
Baykar İdarə Heyətinin sədri Səlcuq Bayraktar mövzu ilə bağlı çıxışında platformanın əhəmiyyətinə diqqət çəkərək bildirib:
“Hər kəsi NEXT Teknofest Sosial-a gözləyirik.”
Tətbiq keçən həftə rəsmi olaraq təqdim olunsa da, artıq yüz minlərlə dəfə yüklənib və istifadəçilər arasında sürətlə yayılmağa davam edir.
Fərid Əlizadə
