Netanyahu Trampla görüşüb, təbrikləşmək istəyir

Netanyahu Trampla görüşüb, təbrikləşmək istəyir

Sevinc Kərimova · Siyasət ·

İsrail hökumətinə yaxın mənbələrin Axios-a verdiyi məlumata görə, İsrail Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İranın nüvə obyektlərinə birgə hücumunu qeyd etmək məqsədilə Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşmək istəyir.

Redaksiya xəbər verir ki, Tramp və Netanyahu arasında belə bir görüş planlaşdırılsa da, hələlik konkret tarix açıqlanmayıb.

Məlumata görə, Tramp hazırda İran və İsrail arasında əldə olunan atəşkəsdən sonra diqqətini Qəzzədə müharibənin tam başa çatdırılmasına və İbrahim Sazişinin genişləndirilməsinə yönəldib. ABŞ prezidenti məqsəd qoyub ki, daha çox ərəb ölkəsi İsraillə normallaşma prosesinə qoşulsun.

Axios-un əlavə məlumatına əsasən, Tramp Netanyahu ilə bağlı diqqətçəkən tələb irəli sürüb. ABŞ prezidenti Haaqa məhkəmə orqanından Netanyahunun hazırda davam edən məhkəmə proseslərinin dayandırılmasını və ona əhv verilməsini istəyib. Lakin bu, ABŞ prezidentinin demokratik müttəfiq ölkənin daxili hüquqi proseslərinə birbaşa müdaxilə etməsi baxımından olduqca qeyri-adi və siyasi dairələrdə ciddi müzakirə olunan addımdır. Məsələ beynəlxalq mediada geniş rezonans doğurub.

Sevinc Kərimova