İsrailin Baş naziri Benyamin Netanyahu çıxışı zamanı Qəzza zolağında intensiv hərbi əməliyyatların başladığını açıqlayıb. Bu haqda İsrailin “Kanal 12” televiziyası məlumat yayıb. Lakin bu sözlərin fonunda İsrail qüvvələri artıq Qəzzaya qarşı intensiv hava zərbələri həyata keçirir.
Redaksiya xəbər verir ki, İsrailin xarici işlər naziri isə BMT Komissiyasının buraxılmasını tələb edib.
İsrailin milli təhlükəsizlik naziri İtamar Ben Qvir isə X sosial media paylaşımında “Qərar anı gəldi. Qəzza.” ifadəsini işlədib.
