BMT Komissiyası İsrailin Qəzzadakı hərəkətlərini soyqırım kimi tanıdı

BMT Komissiyası İsrailin Qəzzadakı hərəkətlərini soyqırım kimi tanıdı

Sevinc Kərimova · Dünya ·

BMT-nin İstintaq Komissiyasının hesabatında qeyd olunur ki, İsrail rəsmilərinin bəyanatları birbaşa soyqırım niyyətinin sübutu kimi qiymətləndirilir. Komissiya vurğulayıb ki, İsrailin bəyanatları və fəaliyyəti Qəzza zolağında fələstinliləri tamamilə və ya qismən məhv etmə məqsədilə həyata keçirilən soyqırımı əməllərinin mövcudluğunu göstərir.

Redaksiya xəbər verir ki, hesabatda İsrailin 1948-ci il Soyqırım Konvensiyasında göstərilən beş əməldən dördünü törətdiyi bildirilir. Bunlara öldürmə, ciddi bədən və mənəvi zərər yetirmə, doğumların qarşısını almaq üçün tədbirlərin tətbiqi və digər əməllər daxildir. Komissiya Tel-Əvivdən soyqırımı dayandırmağı və məsul şəxsləri cəzalandırmağı tələb edib.

Eyni zamanda İsrail ordusu Qəzzada “Hamas infrastrukturunu məhv etmək” məqsədilə yeni hərbi əməliyyata başladığını açıqlayıb. Ordunun bəyanatında Qəzza sakinlərinə təxliyə ilə bağlı xəbərdarlıq bir daha təkrarlanıb.