İsrail Baş naziri Benyamin Netanyahu İranla müharibənin yenidən başlanması ehtimalını qiymətləndirmək üçün bu axşam təhlükəsizlik iclası keçirəcək.
Redaksiya İsrail Yayım Korporasiyasına istinadla xəbər verir ki, iclasda İranla bağlı hərbi və diplomatik ssenarilər müzakirə olunacaq.
Netanyahu İranla bağlı açıqlamasında bu gün ABŞ Prezidenti Donald Tramp ilə danışacağını bildirib. O qeyd edib ki, İsrail bütün ssenarilərə hazırdır.
İsrail tərəfi son günlər İranın nüvə proqramı, Hörmüz boğazındakı vəziyyət və regiondakı təhlükəsizlik risklərini əsas narahatlıq kimi təqdim edir.
Müzakirələr ABŞ və İran arasında mümkün razılaşma cəhdləri, eləcə də Vaşinqton və Təl-Əvivin Tehrana qarşı növbəti addımları fonunda keçirilir.
