Nazirlik deputatın şirkətindən dərman preparatları alacaq

Nazirlik deputatın şirkətindən dərman preparatları alacaq

Aytac Dəniz · İqtisadiyyat ·

Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi əlilliyi olan şəxslər üçün nəzərdə tutulan dərman preparatları alır.

Plat.az xəbər verir ki, nazirlik bu işin icrasını “Azəri Med” MMC-yə həvalə edib.

Tərəflər arasında 403 min 466 manat məbləğ razılıq əldə olunub.

Qeyd edək ki, 2004-cü ildə qeydiyyata alınan “Azəri Med” MMC-nin nizamnamə kapitalı 8 milyon 255 min 510 manat, qanuni təmsilçisi isə Famil Rəhimli Vəli oğludur.

Onu da bildirək ki, “Azəri Med” MMC dərman preparatları və tibbi təchizat sahəsində fəaliyyət göstərən şirkətlərdən biridir. Şirkət mediada Milli Məclisin deputatı Kəmaləddin Qafarovla əlaqəli şirkət kimi tanınıb.