İnflyasiyaya təsir edən əsas amillər - Taleh Kazımov AÇIQLADI

İnflyasiyaya təsir edən əsas amillər - Taleh Kazımov AÇIQLADI

Aytac Dəniz · İqtisadiyyat ·

Ötən illərdəki kimi bu il də inflyasiya əsasən xarici və xərc təklif amillərindən dəstəklənir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında bildirib.

“Xarici təklif amillərinə baxdıqda biz ilk növbədə ticarət tərəfdaşların orta çəkili inflyasiyasını nəzərə alırıq. Mart ayının sonuna ticarət tərəfdaşlarının orta çəkili inflyasiyası 7,7% təşkil edib ki, bu isə bizim inflyasiyamıza 2,84% artıcı təsir göstərib.
Xərc təklif amillərinə gəldikdə burada əsasən kənd təsərrüfatı istehsalçı qiymətləri indeksini vurğulamaq istəyərdim. 2026-cı ilin nəticələrinə əsasən həmin indeks 3,8% artıb. Bu isə inflyasiyaya 1,6% artırıcı təsir göstərib.
Tələb amillərinə baxdıqda isə dövlət və ev təsərrüfatlarının istehlakını qeyd etmək istərdim. Müvafiq olaraq mart ayının nəticələrinə əsasən 5,3 və 7,4% artım qeydə alınıb. Bu isə birlikdə inflyasiyaya 3%-dən çox artırıcı təsir göstərib. Digər amillər isə inflyasiyaya 0,67% azaldıcı təsir göstərib”, - deyə o qeyd edib.