NATO İsveçin Qotland adasını hərbi qalaya çevirir

NATO İsveçin Qotland adasını hərbi qalaya çevirir

Yulduz Səlimov · Media ·

NATO İsveçin Baltik dənizində yerləşən Qotland adasını strateji hərbi qalaya çevirməyə çalışır.

Redaksiya POLITICO-ya istinadla xəbər verir ki, ada coğrafi mövqeyinə görə Baltik regionunda əsas təhlükəsizlik nöqtələrindən biri hesab olunur.

Qotland Rusiyanın mümkün aqressiyası qarşısında həm strateji əhəmiyyətli, həm də həssas ərazi kimi qiymətləndirilir.

İsveç adada qoşun sayını artırır, hava hücumundan müdafiə sistemlərini gücləndirir və yeni hərbi infrastruktur qurur.

NATO isə Qotlandda genişmiqyaslı hərbi təlimlər keçirərək adanın müdafiə imkanlarını yoxlayır və alyans qüvvələrinin Baltik dənizində sürətli yerləşdirilməsini məşq edir.

Rəsmilər yalnız klassik hərbi hücumdan deyil, həm də Rusiyanın hibrid təhdidlərindən narahatdır.

Bu təhdidlərə sabotaj, casusluq, kritik infrastrukturun izlənməsi və dron fəaliyyəti daxildir.

Qotlandın gücləndirilməsi İsveçin NATO-ya qoşulmasından sonra Baltik dənizində təhlükəsizlik arxitekturasının dəyişdiyini göstərir.