MV Hondius hantavirus gəmisində sərnişin təxliyəsi başa çatıb

MV Hondius hantavirus gəmisində sərnişin təxliyəsi başa çatıb

Aytac Dəniz · Media ·

Hantavirus təhlükəsi elan edilən MV Hondius kruiz gəmisində sərnişinlərin təxliyəsi başa çatıb.

Redaksiya Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, Tenerife limanına aparılan gəmidəki sərnişinlər ölkələri tərəfindən göndərilən xüsusi reyslərlə təxliyə olunublar.

Məlumata görə, təxliyə edilən sərnişinlər karantin və tibbi müşahidə altına alınıb.

ÜST-ün son rəsmi məlumatına əsasən, gəmi ilə əlaqəli 8 hantavirus yoluxması müəyyən edilib. Onlardan 6-sı laboratoriya yolu ilə təsdiqlənib, 3 nəfər isə həyatını itirib.

Virusun Andes tipinə aid olduğu açıqlanıb. Bu hantavirus növü yaxın təmas zamanı insandan insana keçə bilir.

Gəmidə qalan 30 nəfərlik ekipaj MV Hondius-u dezinfeksiya prosedurları üçün Niderlanda aparacaq.

Səhiyyə qurumları ümumi ictimai riskin aşağı olduğunu bildirsə də, gəmi ilə əlaqəli şəxslərin tibbi izlənməsi davam etdirilir.