“Murovdağ” yeni səfərə başlayıb: növbəti istiqamət Braziliyadır

“Murovdağ” yeni səfərə başlayıb: növbəti istiqamət Braziliyadır

Aytac Dəniz · İqtisadiyyat ·

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Murovdağ” quru yük gəmisi növbəti beynəlxalq səfərini həyata keçirir.

Hazırda gəmi Fransanın Ruan limanından Braziliyanın Kabedelu limanına doğru hərəkətdədir. Yeni marşrut üzrə səfərin təxminən 15 gün davam etməsi gözlənilir.

Qeyd edək ki, “Murovdağ”ın bundan əvvəlki səfəri Çilinin Antofaqasta limanından Belçikanın Antverpen limanına olub. Gəmi bu səfəri 33 günə tamamlayıb.